<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>522</hymn_number>
<title>Sənə minnətdaram, ey Ulu Tanrım İL522</title>
<lyrics>[V1]
 Sənə minnətdaram, ey Ulu Tanrım,
 Sənin bu sevgini unutmaqmı olar?
 Biz günahkar ikən Sən Öz canını
 Fəda etdiyini heç danmaqmı olar?

[C1]
   Öyrətdin Sən bizə Müqəddəsliyi,
   Söylədin Ataya yaxınlaşmaqdan.
   Müqəddəs Ruhundan, axan Qanından,
   İncil Kəlamından heç dönməkmi olar?

[V2]
 Sən içən kasadan biz də içirik,
 Vəftiz olduğun tək vəftiz oluruq.
 Xilaskarımızsan, Səni sevirik,
 Sənin iradəndən heç çıxmaqmı olar?

[C2]
   Dünya dar görünür, darıxıram mən,
   Qonaq tək üzülüb sıxılıram mən.
   Vətənim Göylərdir, gözləyirəm mən,
   Bu böyük ümidi söndürməkmi olar?</lyrics>
</song>